Ölkə ərazisində qeydə alınan 52 cinayətin açılması təmin olunub

post-img

Fevralın 11-də ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-dən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 149, o cümlədən borclu şəxs qismində axtarışda olan 123 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

 

P.ƏMİRCANOV

XQ

 

 

 

Son xəbərlər