Şəhriyar Məmmədyarov finala vəsiqə qazandı

post-img

Şahmat üzrə Azərbaycan çempionatında artıq finalçılardan biri məlum olub.

Yarımfinalda hər iki oyunda Misrətdin İsgəndərovu məğlub edən Şəhriyar Məmmədyarov finala vəsiqə qazanıb. Teymur Rəcəbov Rauf Məmmədovla cavab oyununda da heç-heçə etdiyindən qalib tay-brekdə müəyyənləşəcək. Qadınların yarışında da yarımfinalçıların nəticəsində bərabərlik qeydə alınıb. İlk oyunda Gülnar Məmmədovaya uduzan Günay Məmmədzadə cavab görüşündə qələbə qazandığından hesab 1:1 olub. Digər iştirakçılar Gövhər Beydullayeva ilə Ülviyyə Fətəliyevanın hər iki görüşü heç-heçə ilə başa çatıb. Qaliblər tay-brekdə bilinəcək.

Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.

Leyla QURBANOVA
XQ

İdman