İran İslam Respublikasına səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev İran İR Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
Bu barədə Azərbaycanın İrandakı səfirliyi "X" səhifəsindəki paylaşımında qeyd edib.
Görüşdə ikitərəfli əlaqələr və regional əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıb.
***
Həmin gün Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycanın İrandakı səfirliyini ziyarət edib.
Bu barədə də Azərbaycanın İrandakı səfirliyi "X" səhifəsindəki paylaşımında qeyd edib.
Prezidentin köməkçisi Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub və səfirliyin yeni inzibati binası ilə tanış olub.
XQ