Qanunsuz saxlanılan silah-sursat aşkarlanara götürülüb

post-img

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Məlumatı DİN mətbuat xidməti verib. 

Oktyabrın 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 1 qumbara, 8 tüfəng, 5 patron darağı və 3698 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

 

P.ƏMİRCANOV

XQ

 

 

Son xəbərlər