Qərbi Azərbaycan İcmasının bəyanatı

post-img

Özünü Fransanın Ermənistandakı səfiri kimi qələmə verən şəxs gülünc açıqlamalarını davam etdirir. O, tamam aidiyyətsiz bir məsələni belə, öz aləmində Azərbaycana hücum etmək imkanı kimi görür, diplomat kim deyil, daşnak, revanşist erməni kilsəsinin təmsilçisi kimi danışır. Xüsusən, Ermənistanın baş nazirinin BMT Baş Assambleyasında çıxışından sonra belə açıqlamalar verməklə o, təkcə özünü deyil, həm də son illərdə bir-bir ölkələrdən qovularaq biabır olmuş Fransanı daha da gözdən salır. Fransa diplomatiyasının Taleyrandan Ermənistandakı səfir səviyyəsinə düşməsi acınacaqlı durumdur. 

Özünü səfir kimi təqdim edən şəxsə zəruri bir xatırlatma etmək istərdik ki, işğaldan otuz il ərzində əziyyət çəkmiş Azərbaycandır və Fransa buna faktiki olaraq dəstək verib. Həmçinin xatırlatmaq istərdik ki, Əhmədiyyə Cəbrayılovun nümunəsində Azərbaycan xalqının oğulları nasist Almaniyasının işğalı altında olan Fransanı azad etmək üçün fədakarlıqla mübarizə aparıblar.

Son xəbərlər