Baş Prokurorluqda görüş

post-img

Sentyabrın 26-da Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə 1 oktyabr– prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü münasibətilə veteranlar, müharibəsində iştirak etmiş prokurorluq əməkdaşları, şəhid olmuş prokurorluq işçilərinin ailələri ilə görüş keçirilib.

Baş prokuror ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətini dövrün tələbləri ilə uzlaşdıraraq uğurla davam etdirən Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə silahlı qüvvələrimiz tərəfindən suverenliyimizin tam bərpa edilməsi hadisəsinin ölkəmizin hərb tarixinə qızıl hərflərlə yazıldığını bildirib, həmçinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində aparılan bərpa və quruculuq işlərini xüsusi vurğulayıb, ölkə rəhbərliyi tərəfindən şəhid ailələri, qazilər və müharibə veteranlarına diqqət və qayğı göstərilməsinin cəmiyyətimiz üçün örnək olduğunu qeyd edib.

İştirakçılar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Son xəbərlər