Sentyabrın 26-da Respublika Hərbi Prokurorluğunun, Bakı Hərbi Prokurorluğunun əməkdaşlarının və veteranların iştirakı ilə milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Baş prokurorunun müavini – Respublikanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev mərasim iştirakçılarını 1 oktyabr – prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə təbrik edərək onlara xoş arzularını çatdırıb. O bildirib ki, 80 il ərzində prokurorluq işçilərinin peşə bayramı qeyd edilməyib. Məhz ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı sərəncamla 1 oktyabr – prokurorluq işçilərinin peşə bayramı günü təsis edilib.
Xanlar Vəliyev ümummilli lider Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini dövrün tələblərinə uyğun yeni müstəvidə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əldə olunmuş böyük uğurlardan bəhs edib. Hərbi prokuroru vurğulayıb ki, ölkəmizin hərtərəfli inkişafına Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti misilsiz töhfələr verir.
Sonda prokurorluq əməkdaşlarının bir qisminə təltiflər, prokurorluğun bir qrup veteranlarına isə hədiyyələr təqdim olunub.