Astanada “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabının təqdimatı

post-img

Astanada keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində sentyab­rın 25-də Qazaxıstanın Milli Akademik Kitabxanasında Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” (qazax dilin­də) kitabının təqdimatı keçirilib.

Azərbaycanın mədəniyyət naziri Adil Kə­rimli çıxışında qeyd edib ki, Qazaxıstanda ümummilli lider Heydər Əliyevə həsr olunmuş kitabın təqdimatını təşkil etmək bizim üçün böyük şərəfdir: "Bu təqdimat tədbiri təkcə Ulu öndərə ehtiram əlaməti deyil, həm də ölkələri­miz arasında möhkəm tarixi əlaqələrin olduğu­nu təsdiqləyir. Bu əlaqələr çoxillik dostluğun nəticəsi kimi xalqlarımız arasında gələcək əməkdaşlığın da açarıdır. Azərbaycan-Qa­zaxıstan münasibətlərinin və bugünkü yüksək inkişaf səviyyəsinin banisi ulu öndər Heydər Əliyevdir. Biz Qazaxıstanda Ulu öndərin xa­tirəsinə dərin hörmət və ehtiramdan məmnun­luq duyuruq. Ötən ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Astanada Heydər Əliyev adına küçənin açılışı­nın keçirilməsi bunun bariz nümunəsidir”.

Kitab haqqında söz açan nazir bildirib ki, bu nəşr, sadəcə, ədəbi əsər deyil, görkəmli si­yasi xadim, yeni müstəqil Azərbaycan dövlə­tinin banisi ümummilli lider Heydər Əliyevin və onun ömür-gün yoldaşı, görkəmli oftalmo­loq-alim, akademik Zərifə Əliyevanın həya­tının mühüm məqamlarını əks etdirən təsirli hekayətdir.

Xalq yazıçısı Elmira Axundova kitab haqqında məlumat verərək deyib: “Altıcild­lik "Heydər Əliyev. Şəxsiyyət və zaman" ro­man-tədqiqatı üzərində işlədiyim dövrdə, təbii ki, qəhrəmanımın ömür-gün yoldaşının şəxsiy­yəti ilə də yaxından maraqlanmışdım. Çoxsaylı müsahiblərim Zərifə xanım haqqında, xüsusən də Heydər Əliyevlə münasibətləri barədə xeyli maraqlı məqamları danışmışdılar. Zaman keç­dikcə bu mozaik epizodlardan mükəmməl bir lövhə yarandı. Başa düşdüm ki, Heydər Əli­yevə həqiqi ailə xoşbəxtliyi, bir-birindən layiq­li, istedadlı oğulla qız bəxş edən yeganə qadın haqqında yazmasam, qəhrəmanımın həyat və tale epopeyası yarımçıq olacaq...”

Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi Arxiv, sənədləşmə və kitab işi ko­mitəsinin sədr müavini Rollan Kuspan, Azər­baycanın Qazaxıstandakı səfiri Ağalar Ata­moğlanov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanası­nın direktoru Qaziza Nurqalieva, tarix elmləri doktoru, professor, kulturoloq Fuad Məmmə­dov, AMEA N.Gəncəvi adına Ədəbiyyat İns­titutu Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbə­sinin müdiri filologiya elmləri doktoru Fəridə Əzizova, Azərbaycan Yazıçılar Birliyinin kati­bi İlqar Fəhmi və başqaları çıxış edərək kitabın əhəmiyyətini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, kitabda xalqımızın tarixində müstəsna yeri olan iki parlaq şəxsiyyətin – Zə­rifə və Heydər Əliyevlərin boya-başa çatdıq­ları ailələrindən, uşaqlıq və gənclik illərindən, həyatın bütün çətinliklərinə birgə sinə gərməyə kömək edən əbədiyaşar məhəbbətindən söhbət açılır.

Əsər “Xarakterlərin formalaşması (1940-cı illər – 1950-ci illərin əvvəlləri)", "Sevmək haqqı", "Əks-kəşfiyyatçının şəx­si həyatı", "Ordinatorluqdan akademikliyə", "Lider", "Respublika rəhbərinin xanımı­nın gündəlik həyatı", "Qalstuksuz" Heydər Əliyev (XX əsrin 70-ci illəri)", "Moskva həya­tı (7 saylı hökumət bağının divarları arxasın­da)", "O, əzablarını sona qədər gizlətdi..." və "Ölümə qalib gələn məhəbbət" adlı bölmələr­dən ibarətdir.

Bakıda "Füyuzat" mətbəəsində çap olunan kitabın redaktoru Tamilla Nuriyevadır. Kitab Azərbaycan Respublikasının Qazaxıstanın Ak­tau şəhərindəki Baş konsulluğunun dəstəyi ilə qazaxcaya tərcümə edilərək nəşr olunub.

 

Son xəbərlər