“Azadlıq radiosu” qərəzlimanipulyasiya metoduna əl atır

post-img

“ABŞ Konqresi tərəfindən maliyyələşən “Azadlıq radiosu” Azərbaycan­da Milli Məclisə növbədənkənar seçkilərlə bağlı ictimai rəyi manipulyasi­ya etməyə yönəlmiş materiallar yayımlamaqdadır. Təəssüflə bildiririk ki, bu məlumatlar “jurnalist qeydləri” başlığı altında paylaşılır”.

Bu barədə Medianın İnkişafı Agentliyinin yay­dığı məlumatda bildirilib.

Bildirilib ki, qanun­vericiliyin tələbinə uy­ğun olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində akkreditasi­yadan keçmiş bütün xarici media subyektlərinin seç­kiləri işıqlandırmaq üçün Mərkəzi Seçki Komissiyasına müraciətinə müsbət cavab verilib. Lakin “Azadlıq Radiosu”nun bununla bağlı hər hansı müraciəti olmayıb: “Azadlıq Radio­su”nun mənbəyi bilinməyən, qərəzli məlumatları anonim “jurnalist qeydi” altında paylaş­ması jurnalist adından sui-istifadə halıdır və birmənalı olaraq media etikası prinsiplərinə ziddir. Qeyd olunanlar fonunda medianın manipulyasiya metodu ilə ictimai rəyi çaşdırmaq cəhdlərini yolverilməz hesab edir və qınayırıq”müraciətdə əlavə edilib”.

Son xəbərlər