Seçki xəbərləri

post-img

Seçki mədəniyyəti siyasi yetkinlikdir 

“Azərbaycan dünyanın siyasi və mədə­ni mərkəzlərindən birinə çevrilir. Ölkəmiz bütün sahələrdə, o cümlədən demokratiya sahəsində də inkişaf edir. Qarşıdan gələn parlament seçkiləri də məhz bunun sü­butudur. Çünki seçkilərə hazırlıq prosesi yüksək səviyyədə keçir. Seçki mədəniyyəti bütün xalqlarda onun yetkinliyini və üstün­lüyünü göstərir”. Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında ABŞ-da yaşayan azərbaycanlı ictimai-si­yasi fəal Cavad Abbasi bildirib.

İlk dəfə səs verənlərə xüsusi kart veriləcək

Milli Məclisə növbədənkənar seçkilər­də ilk dəfə səs verən seçicilər üçün xüsu­si seçici kartları hazırlanıb. “Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, bu barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib. O bildirib ki, ilk dəfə səs verən seçicilərdən 374-ü sentyab­rın 1-də doğum gününü qeyd edəcək: “On­lara xüsusi təbrik kartları veriləcək”.

1200 müşahidəçi qeydiyyatdan keçib

“32 saylı Suraxanı üçüncü seçki dairə­sində parlament seçkilərinə hazırlıq prose­si MSK-nın Təqvim planına uyğun qayda­da davam edir”. Bu barədə “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 32 saylı Suraxanı üçüncü DSK-nın sədri Firudin Mirzəyev deyib. O bildirib ki, da­irə üzrə 39 seçki məntəqəsi mövcuddur: “Bütün məntəqələrdə vətəndaşların rahat şəkildə səs verməsi üçün zəruri şərait ya­radılıb. Dairədə 1200 müşahidəçi qeyda alınıb, seçicilərin sayı 50 mindən çoxdur”.

Parlament seçkiləri ölkəni əhatə edəcək

“Azərbaycanda sentyabrın 1-ə təyin edilən parlament seçkiləri yüksək ovqat­da keçiriləcək. Çünki bu seçkilər tarixdə ilk dəfə olaraq Azərbaycan Respublikası­nın bütün bölgələrində baş tutacaq”. Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında İzmir Azərbay­can Dərnəyi İdarə Heyətinin sədri Pərviz Altay deyib.







Son xəbərlər