İlkin nəticələr operativ elan olunacaq

post-img

“Növbədənkənar parlament seçkiləri ilə bağlı ilkin nəticələ­rin operativ elan olunmasını təmin edəcəyik”. “Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. 

MSK sədri qeyd edib ki, indiyədək bütün seçkilərdə ilkin nəticələrin operativ elan olunması təmin edilib. “Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində də bu operativlik qorunacaq. İlkin nəticələrin sentyabrın 1-i gecə çatdı­rılmasını təmin edəcəyik. İki gün ərzində isə bizə dairələrdən protokollar veriləcək. Bu isə yekun nəticələr hesab olunacaq”, – deyə Məzahir Pənahov əlavə edib.

Son xəbərlər