“Seçki qanunvericiliyinin düzgün tətbiq edilməsi, aşkarlıq, şəffaflıq, ədalətlilik kimi mühüm prinsiplərin qorunması seçkilərin demokratik keçirildiyindən xəbər verir. Vətəndaşlarımızın belə bir seçki mühitində fəal iştirak etməsi isə bu seçkilərin əhəmiyyətini daha da artırır”.
Bu sözləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Bakı Dövlət Universitetinin professoru, hüquq elmləri doktoru Əfsər Sadıqov deyib.
O bildirib ki, budəfəki parlament seçkilərinin önəmli bir tərəfi onun həm də işğaldan azad edilmiş regionları əhatə etməsidir