Şikayətlərə əvvəlcə dairə seçki komissiyasında baxılacaq

post-img

“Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar təşviqat qaydala­rının pozulması ilə bağlı müraciət və şikayətlərə əvvəlcə dairə seçki komis­siyasında baxılmalıdır”.

“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, bunu Mərkəzi Seçki Komis­siyasının sədri Məzahir Pənahov qurumun iclasında deyib. O qeyd edib ki, əgər da­irənin qərarından narazılıq olarsa, o za­man MSK-ya müraciət edilə bilər: “Lakin hazırda belə müraciətlər birbaşa MSK-ya yönləndirilir. Halbuki onlara əvvəlcə dairə seçki komissiyalarında baxılmalıdır”.

Son xəbərlər