FHN: Yaşayış binasının şaxtasında baş verən yanğın söndürülüb

post-img

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən  bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb edilib.

Yaşayış binasının şaxtasında baş verən yanğın əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər sayəsində mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 10 nəfər bina sakini FHN-in qüvvələri tərəfindən təxliyə olunub.

Yanğın nəticəsində onaltımərtəbəli yaşayış binasının şaxtası boyunca 51 p.m elektrik kabelləri, 16 plastik şaxta qapısı, 5 qoruyucu açar və liftin idarəetmə lövhəsi yanıb.

Mənzillər isə yanğından mühafizə edilib.

Son xəbərlər