Seçki Könüllüləri maarifləndirmə kampaniyasına başlayıblar.

post-img

Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı  gənclərin maarifləndirilməsi davam edir.

Gənclərimizin seçki hüququndan səmərəli istifadə etmələri məqsədi ilə Mərkəzi Seçki Komissiyası ilə birgə əməkdaşlıq şəraitində həyata keçirilən “Seçki Könüllüləri” qrupunun fəaliyyəti çərçivəsində könüllülər tərəfindən gənclərimizə seçki prosedurları ilə bağlı maarifləndirici bukletlər paylanılaraq, seçki barədə ətraflı məlumat verilir və onların sualları cavablandırılır. 

Qeyd edək ki, Seçki Könüllüləri Bakı şəhərinin müxtəlif ərazilərində və ölkənin digər iri şəhərlərində fəaliyyət göstərəcəklər. 

“Seçki Könüllüləri” qrupunun məqsədi gənclər arasında seçki hüququ, seçki mədəniyyəti, seçkidə fəal iştirakı ehtiva edən vətəndaşlıq vəzifəsinin təbliğ edilməsi, xüsusilə də seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək gənclərin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.

 



















Son xəbərlər