Mərkəzi Seçki Komissiyasının növbəti iclası

post-img

İyulun 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

Əvvəlcə Komissiyanın iyulun 24-də keçirilən iclasının protokolu təsdiq edilib. 

Sonra sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məcli­sinə növbədənkənar seçkilərdə seçki bülle­tenlərinin mətni, forması, sayı və hazırlan­ma qaydası Komissiya üzvləri tərəfindən müzakirə edilərək təsdiqlənib. 

Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, 6 milyon 516 min 567 seçki bülleteninin Ko­missiyanın təmsilçiliyə uyğun 3 üzvünün müşahidəsi altında hazırlanmasına qərar verib. 

İclasda, həmçinin qarşıdan gələn seç­kilərlə əlaqədar Mərkəzi Seçki Komissi­yası tərəfindən qanunvericiliklə müəyyən­ləşdirilmiş vəzifə və səlahiyyətlərə malik qurumlarla sıx əməkdaşlıq çərçivəsində intensiv şəkildə davam etdirilən ümumres­publika miqyaslı maarifləndirmə tədbirləri barədə ətraflı məlumat verilib, deputatlı­ğa namizədlərin irəli sürülməsi və qeydə alınması, o cümlədən müşahidəçilərin ak­kreditasiyası ilə bağlı statistik göstəricilər diqqətə çatdırılıb. 

Media subyektləri tərəfindən ge­niş işıqlandırılan iclasın sonunda cari məsələlərə də baxılıb.

Son xəbərlər