Saxta məlumatlar dezinformasiya hücumudur

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ailə üzvlərinin adından guya vətəndaşların hansısa investisiya proqramına vəsait qoymağa təşviq edilməsi barədə bir sıra saxta sosial şəbəkə hesablarında paylaşılan materialların saxta (“fake”) məlumat olduğunu bildiririk.

Bu barədə Medianın İnkişafı Agent­liyinin və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin açıqla­masında bildirilib.

Qeyd olunub ki, Azərbaycanın infor­masiya agentliklərindən birinin veb-say­tının tərtibatını imitasiya edərək hazır­lanmış saxta “müsahibə” dezinformasiya mahiyyəti daşıyır və ölkəmizin informasi­ya mühitini çirkləndirməyə yönəlmiş sis­temli dezinformasiya hücumlarının tərkib hissəsidir.

“Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalist­ləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdir­məyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa çağırırıq.

Saxta material, habelə onun mənbə­yi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir”, - deyə açıqlamada vurğulanıb.

Son xəbərlər