Azad və sərbəst seçimə yüksək təminat

post-img

“Asayişin mühafizəsi digər hüquq - mühafizə orqanları ilə birgə cari ilin sentyabr ayının 1-nə nəzərdə tutulan Milli Məclisə növbədənkənar seçkilər ərəfəsində və dövründə etibarlı təmin ediləcək”.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi, polis pol­kovnik-leytenantı Elşad Hacıyev bildirib.

E.Hacıyev qeyd edib ki, Daxili İşlər Nazirliyi tərəfindən cinayətlərin qarşısı­nın alınması, açılması, hüquq qaydasının qorunması, hər bir şəxsin hüquq və azad­lığının müdafiəsi sahəsində qanunla müəyyən edilmiş vəzifələrin icrası davam etdirilir:

“Vətəndaşların seçkidə öz iradəsini azad və sərbəst ifadə etməsi üçün yük­sək təhlükəsizlik şəraiti yaradılacaq”.

DİN rəsmisi vurğulayıb ki, seçki ilə əlaqədar heç bir xüsusi hazırlıq işi aparıl­mır, eyni zamanda səlahiyyətdən kənar məsələlərə polisin müdaxiləsi birmənalı istisnadır:

“Şəxsi heyət yalnız Seçki Məcəllə­sindən irəli gələn aidiyyəti müddəaların tələblərinin həyata keçirilməsinə, vətən­daşların şəxsiyyəti təsdiq edən sənədlər­lə vaxtında təmin edilməsi və yaşayış yeri üzrə qeydiyyata alınması vəzifələrinin

Son xəbərlər