Azərbaycanda keçirilən bütün seçkilərdə yerli və beynəlxalq müşahidəçilərə seçki prosesini sərbəst izləmək üçün hər cür şərait yaradılıb.
Seçkilərdə müşahidəçi qismində iştirak etmək istəyən hər kəs dairə seçki komissiyasına və MSK-ya müraciət edə bilər. Seçkilərdə aşkarlığın təmin edilməsini isə media qurumları həyata keçirirlər. Azərbaycan dünyada yeganə ölkədir ki, media orqanları seçkiləri müşahidə etmək, prosesi işıqlandırmaq üçün heç bir qurumdan icazə almırlar. Onların seçkiləri müşahidə etmək üçün jurnalist vəsiqəsini göstərmələri kifayətdir.