Məhkumlar da səs verəcəklər

post-img

Ədliyyə nazirinin müavini Abiddin Hüseynov növbədənkənar parlament seçkiləri ilə əlaqədar nazirliyin üzərinə düşən vəzifələrdən söhbət açarkən deyib ki, seçkilərin milli qanunvericiliyə uyğun keçirilməsi məsələsi qarşımızda mühüm vəzifələr qoyur. 

Onun sözlərinə görə, nazirliyin seçki prosesində vəzifələrindən biri də peni­tensiar müəssisələrdə cəza çəkən məh­kumların seçki prosesində iştirakının tə­min edilməsidir. Məhkumların səsvermə hüququ tam təmin edilir. Qeyd edilib ki, penitensiar müəssisələrdə keçirilən seç­kilər təlimata uyğun aparılır və xüsusi ko­missiya yaradılır. Seçki günü səsverməni izləmək üçün media mənsubları da iştirak edəcəklər.

Son xəbərlər