Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Subregional Ofisinin rəhbəri: Azərbaycan nümunəvi ölkə statusundadır

post-img

“Azərbaycan qeyri-neft və neft sahəsində böyük uğurlar əldə edib. Cari ilin may ayında Azərbaycan xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad ölkə statusu qazanıb. Azərbaycanda artıq heyvanlar arasında bu cür xəstəlik aşkarlanmır. Bu, həqiqətən də ölkənizin əldə etdiyi çox mühüm nailiyyətdir”.

AZƏRTAC xəbər verir ki, bunu Bakıda jurnalistlərə açıqlamasında Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Mərkəzi Asiya üzrə Subregional Ofisinin rəhbəri Mereke Taytubayev deyib.

M.Taytubayev təmsil olunduğu olduğu təşkilatın heyvan sağlamlığı sahəsində Azərbaycanla sıx əməkdaşlıq etdiyini vurğulayaraq bildirib:

“Bu gün Bakıda keçirilən xırdabuynuzlu heyvanların taunu (PPR) xəstəliyinə dair planın məsləhətləşməsi və dabaq xəstəliyi (FMD) üzrə yol xəritəsi ilə bağlı beynəlxalq tədbirdə müvafiq heyvan xəstəliklərinin və onların qarşısının alınması ilə bağlı strategiyaların reallaşdırılması məsələsi müzakirə olunur. Azərbaycan bu sahədə lider və nümunəvi ölkə statusunda çıxış edir”.

Son xəbərlər