BMT-nin İqlim Konfransı COP29-un “Sülh və iqlim qovşağı” gündəliyini alqışlayıb

post-img

Almaniyanın Bonn şəhərində keçirilən BMT-nin Beynəlxalq İqlim Konfransı çərçivəsində iyunun 5-də Azərbaycanın COP29-un sədri kimi növbəti tədbiri keçirilib.

Qlobal iqlim dəyişikliyi bir çox sahələr­də olduğu kimi, beynəlxalq təhlükəsizlik üçün də ciddi çağırışlar yaradır. Bu sə­bəbdən qlobal iqlim dəyişikliyi nəticəsində qida və su təchizatında yaranan böhran­ların potensial münaqişələrə çevrilməsi­nin qarşısının alınması kimi vacib məsələ COP gündəliyində əhəmiyyətli yer tutur. Bu mövzuya həsr olunan məclisə səd­rlik edən xüsusi tapşırıqlar üzrə səfir El­şad İskəndərov bildirib ki, Azərbaycanın COP29-a sədrliyi zamanı prioritetlərindən biri beynəlxalq sülhə və təhlükəsizliyə dəstək verməkdir. Dövlətimizin başçısının tapşırığı ilə iqlim konfransları tarixində ilk olan COP atəşkəsi çağırışı üzərində bey­nəlxalq tərəfdaşlarla iş aparılır.

Prezident İlham Əliyevin ən həssas kateqoriya olan kiçik ada dövlətləri üçün xüsusi dəstək fondunun yaradılması təşəbbüsünü də qeyd edən E.İskəndərov dünya əhalisinin getdikcə artan hissə­sinin həm iqlim dəyişikliyindən, həm də münaqişələrdən əziyyət çəkdiyini, bu baxımdan daha çox regionların “xüsusilə həssas” kateqoriyaya daxil olduğunu bil­dirib. O, ölkəmizin COP29 sədri qismində təşkil etdiyi tədbirin bu qəbildən olan dün­ya xalqları üçün işlək strategiya və əməli dəstəyin təmin olunması məqsədi daşıdı­ğını vurğulayıb. 

COP28 prezidentliyini təmsil edən Deyn Mak Kuin çıxışında ötən il Dubay­da keçirilmiş COP zamanı qəbul edilmiş “İqlim dəyişikliyi, dayanıqlılıq, sülh və yardım” başlıqlı bəyannamədən söz açıb, Azərbaycanın sədrliyi ilə COP prosesində sülh gündəliyinin irəli sürülməsini yüksək qiymətləndirib, bu məsələnin konkret ça­larlar qazanacağına əminliyini bildirib.

Almaniyanın iqlim üzrə danışıqçı­sı Eliza Ozbek və Uqandanın BMT-dəki daimi nümayəndəsi Adonio Ayebare xü­susilə həssas kateqoriyaya aid dünya əhalisinə beynəlxalq yardımın vacibliyin­dən, iqlim dəyişikliyinin gələcəkdə təmiz su, hava və münbit torpaqlar uğrunda münaqişələrə yol açmaması üçün qabaq­layıcı tədbirlərin görülməsinin önəmindən danışıblar. “Sülh və iqlim” naminə Bonn kontakt qrupu adından çıxış edən Nider­landın Links-Avropa Fondunun direktoru Dennis Sammut və Almaniyanın Adelphi beyin mərkəzinin rəhbəri Benjamin Pol COP29 zamanı su qıtlığı, qida təhlükəsiz­liyi və minalarla çirklənmənin ekosistemə zərərləri istiqamətində 50-dən artıq bey­nəlxalq QHT-nin konkret təkliflər paketi hazırladığını diqqətə çatdırıblar.

İnteraktiv dialoq formatında çıxış edən Braziliya, ABŞ, Avropa İttifaqı, Səudiyyə Ərəbistanı, Macarıstan, Qırğızıstan və di­gər üzv ölkələrin nümayəndələri COP29 çərçivəsində xüsusilə həssas kateqoriya­ya aid bölgələrə göstərilən diqqətə görə Azərbaycana təşəkkür ediblər. 

Müzakirələrə yekun vuran səfir E.İs­kəndərov Azərbaycanın COP29-a sədrli­yinə verilən yüksək qiymətə və göstərilən etimada görə təşəkkürünü bildirib.

Son xəbərlər