Sığorta tarifləri 50 faiz azaldılacaq

post-img

Azərbaycan Mərkəzi Bankının həyat sığortası ilə bağlı təsdiqlədiyi son qaydaların tətbiqi ilə sığorta tarifləri, təxminən, 50 faiz azalacaq.

Bunu “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) və “Azərbaycan Banklar Assosiasiyası” (ABA) ictimai birliklərinin birgə təşkilatçılığı ilə keçi­rilən mətbuat konfransında ölkədəki həyat sığortası şirkətlərindən birinin idarə heyətinin sədri Niyaz İsmayılov bildirib.

“Yeni qaydalar hələlik, istehlak kre­diti götürən fiziki şəxslərə aiddir, digər kreditlərlə bağlı tətbiq edilmir. “Biza data” analizini banklardakı kreditləş­məyə uyğun olaraq aparmışıq”, – deyə o qeyd edib.

İqtisadiyyat