Azərbaycanın energetika nazirinin müavini Kamal Abbasov dünən keçirilən Bakı Enerji Forumunda bu il ölkədə 30 milyon ton neft, 48 milyard kubmetr isə təbii qaz hasil ediləcəyini deyib.
“2023-cü ildə respublikada neft hasilatı 30 milyon ton təşkil edib. Bunun 25 milyon tonu ixrac edilib. 2024-cü ildə Azərbaycanda neft hasilatı isə ötən ilin səviyyəsində qalacaq”, – K. Abbasov vurğulayıb.
Nazir müavini qeyd edib ki, 2024-cü ildə ölkədə təbii qaz hasilatı 48 milyard kubmetr təşkil edəcək və bu, ötən ilin göstəricilərinə uyğundur.