Dünya Bankı ilə investisiya əməkdaşlığı

post-img

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə makroiqtisadiyyat, ticarət və investisiya sahələrində praktika meneceri Antonio Nusifora ilə görüşündə adıçəkilən beynəlxalq maliyyə qurumu ilə səmərəli əməkdaşlığın əhəmiyyəti qeyd edilib.

İqtisadiyyat Nazirliyinin məluma­tında daha sonra bildirilir ki, görüşdə Dünya Bankı ilə Azərbaycan arasın­da investisiya mühitinin əlverişliliyinin daha da artırılması, dövlət-özəl sektor tərəfdaşlığı, innovasiyalar, idarəetmə texnologiyalarının inkişafı barədə ətraf­lı danışılıb. 

Bütün bunlarla bərabər, ölkəmiz­də sosial-iqtisadi inkişaf prioritetlərinə və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində həyata keçi­rilən tədbirlər barədə məlumat verilib. Eyni zamanda respublikada aparılan iqtisadi islahatların beynəlxalq maliy­yə qurumları tərəfindən dəstəkləndi­yi və Azərbaycanın iştirakçısı olduğu nəhəng layihələrin regionda dayanıqlı inkişafı şərtləndirdiyi diqqətə çatdırılıb.

Tərəflər ticarətin şaxələndirilməsi, “yaşıl” keçid, iqlim, COP29 və digər məsələlərlə bağlı əməkdaşlığın inkişa­fını müzakirə ediblər.

İqtisadiyyat