İyunun 5-də COP29 Azərbaycan Əməliyyat Şirkəti “COP29 Sponsorluq və Tərəfdaşlıq” strategiyasının ayrılmaz tərkib hissəsi olan dayanıqlılıq və ətraf mühit kriteriyalarının formalaşması üzrə milli səviyyədə ilkin müzakirələrə start verib.
Şirkət COP29 Sponsorluq proqramını bu ilin mayından etibarən özəl sektora təqdim edib. “Milli öhdəlik” proqramına əsasən, COP29-un Sponsorluq proqramı çərçivəsində xarici və beynəlxalq sponsorlara dayanıqlılıq hədəfləri ilə bağlı könüllü korporativ öhdəliklər tətbiq olunacaq və bu öhdəlikləri yerinə yetirmək üçün onlara müvafiq səriştələr aşılanacaq.
Milli biznes sektorunun əlliyə yaxın rəhbər nümayəndəsinin iştirak etdiyi seminarda COP29 Konfransına dair mövcud layihələr, ümumi hazırlıq tədbirləri və nəhayət milli biznes nümayəndələri üçün eksklüziv olaraq adaptasiya edilmiş Milli öhdəlik kriteriyası barədə təqdimat keçirilib. Şirkətlərin proqram çərçivəsində növbəti 12-24 ay ərzində öz strateji hədəflərini təyin etmələri nəzərdə tutulur.
Qeyd edək ki, bu proqram COP29 Əməliyyat Şirkəti tərəfindən milli özəl COP29 çərçivəsində sponsorluğa və tərəfdaşlığa maraq göstərən şəxslər [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər.
XQ