Braziliya da COP29-u dəstəkləyir

post-img

Bu il Azərbaycanda keçiriləcək COP29-u dəstəkləyirik. Bunu Braziliya Federal Hesablar Məhkəməsinin naziri Xorxe Oliveira “Dövlət Bor­cunun qlobal çağırışlarına cavab” mövzusuna həsr olunan tədbirdə deyib.

O bildirib ki, INTOSAI-ın platformaya çevrilməsi üçün çox işlər görülüb, əməkdaşlıq əlaqələri qurulub.

“Maliyyə böhranı ilə daha effektiv mübarizə aparmaq üçün dayanıqlı iqti­sadiyyat qurmaq önəmlidir və bunun üçün də fiskal bərabərlik yaranmalıdır. Hər bir ölkənin fiskal borclarını düzgün idarə etmələri, düzgün valyuta və fis­kal siyasətlərini qurmaları mühüm əhəmiyyət kəsb edir. Fiskal idarəetmə və bizim hər bir üzv dövlətimizin ərazisində fiskal dayanıqlılığın əldə olunması üçün əməkdaşlıq vacibdir və bu sahədə islahatlar həyata keçirilməlidir”, - deyə Xorxe Oliveira vurğulayıb.

Son xəbərlər