Xarici İşlər Nazirliyi xəbər verir

post-img

Mayın 30-da Xarici İşlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində bu ölkənin silahlı qüvvələrinin quru qoşunlarının komandanı, baş qərargah rəisi Asim Munir ilə görüşüb.

Görüş əsnasında iki ölkə ara­sında müdafiə və hərbi sahədə əməkdaşlığın perspektivləri, ha­belə müdafiə sənayesi sahəsində iki ölkənin ixtisaslaşmış qurumları arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

İki ölkənin silahlı qüvvələ­ri arasında qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılması, habelə müvafiq qoşun növləri arasında təcrübə mübadiləsinin həyata keçirilməsi üçün ikitərəfli, habelə Azərbaycan–Türkiyə–Pakistan formatında üçtərəfli hərbi təlimlə­rin əhəmiyyəti qeyd edilib.

Görüş zamanı digər qarşılıqlı maraq doğuran ikitərəfli və regio­nal məsələlər ətrafında fikir müba­diləsi aparılıb.

***

Həmin gün Riqada Azərbay­can ilə Latviya arasında Strateji Dialoqun üçüncü iclası keçiri­lib.

Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Latviya nü­mayəndə heyətinə isə Xarici İşlər Nazirliyi dövlət katibinin müavini– siyasi direktor Anjeys Vilumsons rəhbərlik ediblər.

İclasda iki ölkə arasında ənənəvi dostluğa və qarşılıqlı eti­mada əsaslanan strateji tərəfdaş­lıq və onun gücləndirilməsi imkan­ları, o cümlədən, siyasi, iqtisadi, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Cari ilin noyabrında Azərbay­canda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konven­siyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazır­lıq və görüləcək işlərlə bağlı qarşı tərəf məlumatlandırılıb.

XQ

Son xəbərlər