Bölgələrdə Müstəqillik Günü təntənəsi

post-img

Gəncə

28 May Müstəqillik Günü münasibətilə Gəncədə “dəyirmi masa” təşkil olu­nub. Gəncə Şəhər İcra Ha­kimiyyəti, Elm və Təhsil Na­zirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin birgə təşkil etdi­yi toplantıda Rusiya impe­riyasının süquta uğratdığı dövlətçiliyimizin bərpa edil­məsində Azərbaycan Xalq Cümhuriyyətinin tarixi rolu diqqət mərkəzində olub.

AMEA Gəncə Bölməsin­də keçirilən məclisdə böl­mənin sədri, akademik Fuad Əliyev 1918-ci ildə Şərqdə ilk demokratik dövlət olan Azər­baycan Xalq Cümhuriyyətinin yaranması tarixindən qaynaq­lanan 28 May Müstəqillik Gününün yaxın keçmişimizin ən şərəfli səhifələrindən oldu­ğunu bildirib. O, ümummilli lider Heydər Əliyevin milli dövlətçilik yaddaşımızın ya­şadılmasında və istiqlaliyyəti­mizin əldə olunması uğrunda mübarizədə müstəsna xidmət­lərini vurğulayıb. 

“Dəyirmi masada Ulu ön­dərin AXC-nin tarixi təcrübə­sinin öyrənilməsinə və ondan lazımi nəticələr çıxarılmasına, Xalq Cümhuriyyəti irsinin yaşadılmasına xüsusi diqqət verdiyi qeyd edilib. Müza­kirələrdə Prezident İlham Əliyevin suverenliyimizin və ərazi bütövlüyümüzün tam və qəti şəkildə bərqərar edilməsi yönündə tarixi vəzifəni uğurla gerçəkləşdirdiyi vurğulanıb. Bildirilib ki, bununla AXC-nin Vətən əmanətinə indiki nəsillərin sədaqəti təsdiq olu­nub, dünya miqyasında Azər­baycanın güc və nüfuzu yük­səlib. Bütün bunlar AMEA Gəncə Bölməsinin apardığı tədqiqatlarda geniş yer tutur. Cümhuriyyətin Gəncə sə­hifələri və bu şəhərdən olan xadimləri haqqında xeyli say­da monoqrafiya və digər elmi ədəbiyyat çap edilib.

Gəncə Şəhər İcra Ha­kimiyyətinin məsul işçisi Sənubər Qocayeva 28 May Müstəqillik Gününə həsr edil­miş məclisi Gəncə alim və tədqiqatçılarının tariximizin öyrənilməsinə daha bir töhfə­si kimi dəyərləndirib. Sonra bölmənin əməkdaşları Samirə Qasımova, Nərgiz Rəsulova, Zakir Muradov, Təranə Ver­diyeva, Aynur Mirişli, Vüsalə Hüseynova, Sənubər Abdino­va, Adilxan Ziyadxanov, Fa­timə Qurbanova və başqaları AXC tarixi ilə bağlı müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.

Mingəçevir 

28 May Müstəqillik Günü münasibətilə “Nur şəhəri”ndə silsilə tədbirlər keçirilir. 

Şəhər icra hakimiyyəti və YAP şəhər təşkilatı birgə elmi-nəzəri konfrans şanlı ta­rixə nəzər salmaq baxımından önəmli olub. Əvvəlcə müstəqil Azərbaycanın memarı və qu­rucusu Heydər Əliyevin abi­dəsi önünə gül dəstələri qo­yulub. Dahi şəxsiyyətin adını daşıyan Mərkəzdə dövlət müstəqilliyimizə həsr olun­muş sərgiyə baxış keçirilib. Ardınca “Azərbaycanın döv­lət müstəqilliyi Azərbaycan xalqının tarixi nailiyyətidir” mövzusunda film nümayiş etdirilib. 

Elmi-nəzəri konfransı Mingəçevir Şəhər İcra Ha­kimiyyətinin başçısı İlham İsmayılov açaraq tariximi­zin dövlətçilik salnaməsində özünəməxsus yeri olan Azər­baycan Xalq Cümhuriyyətinin yaranmasının XX əsrin əvvəl­lərində dünyada gedən icti­mai-siyasi proseslərin bir his­səsi kimi böyük tarixi hadisə olduğunu qeyd edib. Ötən əsrin sonlarında müstəqilli­yimizin yenidən bərpasından iftixarla söz açan natiq bu­nun heç də asan olmadığını vurğulayıb. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, dəmir iradə ilə, qətiyyət və böyük uzaqgörən­liklə yerinə yetirdiyi konkret faktlarla xatırlanıb. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı – müzəffər Ali Baş Komandan İlham Əliyevin xalq və dövlət qarşısında mi­silsiz xidmətləri xüsusi qeyd olunub. 

Konfransda YAP Mingə­çevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “Hey­dər Əliyevin Azərbaycan­da siyasi hakimiyyətə gəlişi müstəqilliyə gedən yolun baş­lanğıcıdır”, Mingəçevir Döv­lət Universitetinin baş müəl­limi Aygün Qədirova “Ulu öndər Heydər Əliyevin döv­lətçilik fəaliyyəti müstəqil­liyimizin bərpasına xidmət etmişdir”, Mingəçevir Turizm Kollecinin tarix müəllimi Nu­ridə Zülfüqarova “Azərbay­canda dövlət müstəqilliyinin dönməz və əbədi olması Ulu öndərin adı və fəaliyyəti ilə bağlıdır”, Mingəçevir Tibb Kollecinin müəllimi Kəmalə Hüseynova “Müasir müstəqil Azərbaycanın uğurları ulu ön­dər Heydər Əliyevin məqsəd­yönlü siyasətinin davamıdır” mövzularında məruzələrlə çıxış ediblər. 

Masallı

Cənub bölgəsinin ən böyük rayonlarından olan Masallıdada Lənkəran-As­tara regionu üzrə 28 May Müstəqillik Gününə həsr olunmuş spartakiadaya start verilib. 

Açılış mərasimində Ma­sallı Rayon İcra Hakimiyyə­tinin başçısı Araz Əhmədov, Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin rəisi cənab Teymur Babaza­də, YAP Masallı Rayon Təşki­latının sədri Seyfəddin Əliyev və digər qonaqlar iştrak edib­lər. Dövlətimizin idmana, id­mançılara göstərdiyi hərtərəfli diqqət və qayğıdan söz açılıb, idmanın maddi-texniki baza­sının genişləndirilməsi üzrə tədbirlər, komandalarımızın beynəlxalq yarışlarda qa­zaqndıqları qələbələr diqqətə çatdırılıb. Spartakiadanın işti­rakçılarına uğurlar arzulanıb. 

İdmançıların paradından sonra, Cəlilabad rayonunun “Aslanlar” kontakt-karate klubunun üzvlərinin nümnə­vi çıxışları olub. Mərasimdə Masallı Mədəniyyət Mərkə­zinin “Halay” rəqs qrupu öz gözəl rəqsləri ilə çıxış ediblər.

Sonra yarışlar keçirilib. Voleybol, minifutbol, atleti­ka, stolüstü tennis və hənd­bol üzrə gərgin mübarizədə ən güclülər qalib gəliblər. Fərqlənən komanda və id­mançılar Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin kubok, medal və diplomları ilə təltif olunublar.

Cəlilabad 

Qədim Həməşərə dü­zündəki şəhərdə, Heydər Əliyev Mərkəzində 28 May Müstəqillik Gününə həsr olunmuş “Dəyirmi masa” təşkil edilib. 

Rayon icra hakimiyyəti­nin başçısı Rafiq Cəlilov iş­tirakçıları Respublika günü münasibəti ilə təbrik edib, hər kəsə müstəqil Azərbaycanın çiçəklənməsi naminə işlərində uğurlar diləyib. Azərbaycan Xalq Cümhuriyyətinin yaran­ması tarixi keçmişimizin şanlı səhifələrindən biri kimi qiy­mətləndirilib. 

Ölkəmiz yenidən müstəqillik əldə etdikdən son­ra, 1991–93-cü illərdə möv­cud olan xaos və anarxiya nəticəsində müstəqilliyimizi itirmək təhlükəsi ilə baş-ba­şa qaldığı dövrdə ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki mi­silsiz xidmətləri sayəsində müstəqil Azərbaycan Respub­likasının Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamadığı və müstəqillik yolunda dönmədən, inamla irəlilədiyi vurğulanıb. Bu gün Ulu öndərin layiqli davamçı­sı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi al­tında Azərbaycanın dünyada qabaqcıl mövqe tutduğu qeyd edilib. 

Müstəqillik Günü haqqın­da videoçarx nümayiş etdiril­dikdən sonra YAP Cəlilabad Rayon Təşkilatının sədri Mir­süleyman Mirxaslı, Cəlilabad Rayon İcra Hakimiyyəti ya­nında İctimai Şuranın sədri Nadir Babayev, Ocaqlı kənd 1 nömrəli tam orta məktəbinin müəllimi, Vətən müharibəsi iştirakçısı Firuz Mehtiyev və rayon gənclər və idman sek­torunun əməkdaşı Salamat Nəcəfov çıxış edərək 28 May Gününün Azərbaycan xalqı­nın milli oyanışında oynadığı roldan danışıblar. 

 

Ə.ƏLİYEV,
H.QASIMOV,
İ.HƏSƏNOV
XQ







Son xəbərlər