Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının “Xaş-xaş-2025” şərti adı altında həyata keçirdikləri kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində rayonun Məlikballı kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Ümumi çəkisi 500 kiloqramaya yaxın olan 511 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.
DİN mətbuat xidmətinin məlumatına görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 11-də ümumi çəkisi 26 kiloqrama yaxın narkotik vasitə götürülüb, yabanı halda bitmiş 1 tona yaxın çəkidə 5412 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
P.ƏMİRCANOV
XQ