“İlham Əliyev. İnkişaf - məqsədimizdir” – 134-cü kitab

post-img

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 134-cü kitabı çapdan çıxıb. 

Çoxcildliyin yeni kitabında toplanmış materiallar 2024-cü ilin fevral-mart ayla­rını əhatə edir. 

Azərbaycanda fevral ayının ən mühüm hadisəsi müstəqillik dövründə ilk dəfə res­publikanın bütün ərazisində prezident seç­kilərinin keçirilməsi və xalqın İlham Əliyevi yekdilliklə yenidən prezident seçməsi olub. Kitabda Prezident İlham Əliyevin seçkilər­də qazandığı qələbə münasibətilə bir çox dövlət və hökumət rəhbərlərinin, bey­nəlxalq təşkilatların və ayrı-ayrı nüfuzlu şəxslərin ona göndərdiyi təbrik məktubları toplanıb. Fevralın 14-də Azərbaycan Res­publikası Prezidentinin Milli Məclisdə an­diçmə mərasimi keçirilib. Mərasimdə nitq söyləyən Prezident İlham Əliyev Azərbay­canın həyatında yeni dövrün başlandığını bildirərək deyib: “İndi isə yeni dövr başla­yır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə et­mirəm. Çünki son illərin tarixi onu göstərdi ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Əlbəttə, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən, bu seç­kilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Mənim buna şübhəm yoxdur. Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub. Əgər güclü Azər­baycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş ol­saydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik”.

Oxucular dövlətimizin başçısının nitqinin tam mətni ilə bu kitabda tanış ola bilərlər. 

Çoxcildliyin yeni kitabında Azərbay­can Prezidentinin 60-cı Münxen Təhlükə­sizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına işgü­zar səfəri, prezident seçkilərindən sonra qardaş Türkiyə Respublikasına ilk rəsmi səfəri zamanı keçirdiyi görüşlərə dair ma­teriallar da yer alıb. 

Prezident İlham Əliyev fevral ayında Xocalıya səfər edib, Xocalı Soyqırımı Memorialının təməlini qoyub, rayon icti­maiyyətinin nümayəndələri ilə görüşüb. Bütün bunlar haqqında informasiya və dövlətimizin başçısının Xocalı sakinləri qarşısındakı çıxışının mətni yeni kitaba daxil edilib. 

Mart ayında isə ölkəmizin iqtisadi hə­yatında mühüm tədbir - Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsin­də nazirlərin 10-cu və Yaşıl Enerji Məş­vərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası keçirilib. Tədbirdə çıxış edən Pre­zident İlham Əliyev şaxələndirmə haqqın­da Azərbaycanın mövqeyinin dəyişməz olduğunu, eyni zamanda, Avrasiyadakı geosiyasi vəziyyətin dövlətimizin gördüyü işlərin nə dərəcədə düzgün olduğunu sü­but etdiyini bildirib.

Sitat: Məşvərət Şurasının ötən illər­dəki toplantıları zamanı biz həmişə enerji təhlükəsizliyi məsələlərini müzakirə et­mişik. Azərbaycanın burada mövqeyi hər zaman ardıcıl olub – biz bunu hər bir ölkənin milli təhlükəsizlik məsələsi hesab edirik. Biz şaxələndirmə haqqında danı­şarkən mövqeyimiz hər zaman dəyişməz olub və bu gün də belədir – şaxələndirmə yalnız marşrutlara deyil, həm də mən­bələrə şamil edilməlidir.

Bu gün Avrasiyadakı geosiyasi və­ziyyət məhz bizim gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir. Azərbaycana gəldikdə, Cənub Qaz Dəh­lizi tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar – interkonnek­torlar əlavə edilib. Azərbaycan qazı yeni mənbədir. Yəni, biz burada, bu format­da, təşəbbüskarı olduğumuz bu layihədə enerjinin şaxələndirilməsi məsələlərinin tam şəkildə əhatə edildiyini görürük.

Dövlətimizin başçısının nitqinin tam mətni ilə 134-cü kitabda tanış olmaq mümkündür.

Yeni nəşrdə Azərbaycan Prezidentinin XXVII Avrasiya İqtisadi Zirvə toplantısının iştirakçılarına, XII Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçıları­na müraciət məktubları, habelə müxtəlif ölkələrin dövlət və hökumət başçılarına məktublarının mətnləri də verilib. 

“Azərnəşr” tərəfindən buraxılan 134-cü kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏR­TAC) materiallarından istifadə olunub.

AZƏRTAC

Son xəbərlər