Şuşa şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Dünən 32 ailə olmaqla, 125 nəfər Şuşa sakini doğma yurduna qovuşub.
Açarların təqdim edilməsi mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.
Bununla da, Şuşa şəhərində 90 ailənin, yəni 349 nəfərin məskunlaşması təmin edilib.
XQ