Qarabağ həqiqətlərinə ayna tutan kitablar

post-img

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyində Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, professor Namiq Əliyevin kitablarının təqdimatı keçirildi. 

Mərasimdə “Tərxis Olunmuş Hərb­çilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Namiq Əli­yevin ordu quruculuğunda, xidmət ni­zamnamələrinin hazırlanmasında fəal iştirakını vurğuladı. Namiq müəllimin Gürcüstanda və Moldovada ölkəmizin səfiri olarkən hər zaman Azərbaycanı yüksək səviyyədə təmsil etdiyi xatırlandı. Onun beynəlxalq münasibətlər və xari­ci siyasət haqqında kitablarından ətraflı bəhs olundu. 

Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev çıxışı zamanı qeyd etdi ki, həmin kitablar təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də nümayiş və təbliğ edilməli­dir. Çünki bu çalışmalarda həm hüquqi aspektlər, həm də tarixi faktlar öz əksini tapıb. Fəlsəfə doktoru, politoloq İlqar Və­lizadə, onun həmkarı Zaur Məmmədov, ehtiyatda olan zabitlər Həsən Əmirov, Şura Musayev, Bəhram Şeydayev, İlham Qaibzadə və Anar Məmmədov kitablar və müəllif haqqında fikirlərini bölüşdülər.

Namiq Əliyev çıxışlara görə minnət­darlıq edərək bildirdi ki, Qarabağ möv­zusu ilə bağlı 40-dan artıq kitab təqdim olunub. Onların arasında 17 ölkədə 13 dildə çap olunanları da var və hər biri isə Azərbaycan həqiqətlərini əks etdirir. 

Tədbirin sonunda professor Namiq Əliyevə “Azərbaycan Qarabağ Müharibə­si Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin, eləcə də “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin mükafatları verildi. 

XQ

Mədəniyyət