Səbail, Suraxanı və Sabunçuda oğurluq olub

post-img

Paytaxtın iki rayonunda rabitə xətlərinə ziyan vurulması və oğurlanması barədə polisə məlumatlar daxil olub. Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində rabitə kabellərini kəsərək oğurlamaqda şübhəli bilinən E.Mirzəyev saxlanılıb. 

DİN mətbuat xidmətinin məlumatına görə, Suraxanı rayonu Əmircan qəsəbəsi ərazisindəki telefon qovşağı dirəklərində quraşdırılan rabitə kabellərinin də oğurlanması barədə məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən R.Cəfərov Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla saxlanılanların əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduqları müəyyən edilib. 

Ramana qəsəbəsində yerləşən evlərin birinin həyətindən isə 3000 manat dəyərində dəmir barmaqlıqlar oğurlanıb. Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən P.Quliyev müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır. 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər