İrakli Kobaxidze iftar süfrəsi təşkil edib

post-img

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin adından ölkənin müxtəlif bölgələrində yaşayan müsəlmanlar üçün iftar süfrəsi təşkil olunub.

Mərasimdə dövlət rəsmiləri, depu­tatlar, Azərbaycan, Türkiyə, İran, İraq, Qətər və Türkmənistanın Gürcüstanda­kı səfirləri, din xadimləri, media və icti­maiyyət nümayəndələri iştirak ediblər.

İrakli Kobaxidze çıxışında qarşıdan gələn Ramazan bayramı münasibətilə ölkə müsəlmanlarını təbrik edib. Qeyd edib ki, tarix boyu Gürcüstanda xristian­lar, müsəlmanlar və digər dinlərə mən­sub vətəndaşlar birgə qarşılıqlı hörmət, sülh şəraitində və mehriban yaşayıblar. Ənənə bu gün də davam edir.

Daha sonra Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşak­madze, Gürcüstan Müsəlmanlar İdarə­sinin şeyxi Hacı Faiq Nəbiyev, Qərbi Gürcüstanın müftisi Adəm Şantadze, Şərqi Gürcüstanın müftisi hacı Etibar Eminov da çıxış edərək ölkədə İslam dininə göstərilən diqqətdən danışıblar.

XQ

Son xəbərlər