Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası
QƏRAR
№ 3-27/3-7-5/2024
Bakı şəhəri 20 fevral 2024-cü il
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Kollegiyasının 2020-ci il 7 sentyabr tarixli KQ-6/20 nömrəli qərarı ilə təsdiq edilmiş “Lisenziya müqaviləsinin forması və bağlanılma Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası
qərara alır:
1. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Kollegiyasının 2020-ci il 7 sentyabr tarixli KQ-6/20 nömrəli qərarı ilə təsdiq edilmiş “Lisenziya müqaviləsinin forması və bağlanılma Qaydası”nda dəyişiklik təsdiq edilsin (əlavə olunur).
2. Hüquq şöbəsinə tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
Kollegiyanın sədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyinin Kollegiyasının 2024-cü il “20”
fevral tarixli 3-27/3-7-5/2024 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi Kollegiyasının 2020-ci il 7 sentyabr tarixli KQ-6/20 nömrəli qərarı ilə təsdiq edilmiş “Lisenziya müqaviləsinin forması və bağlanılma Qaydası”nda dəyişiklik:
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Kollegiyasının 2020-ci il 7 sentyabr tarixli KQ-6/20 nömrəli qərarı ilə təsdiq edilmiş “Lisenziya müqaviləsinin forması və bağlanılma Qaydası”na aşağıdakı məzmunda 6.9.4-1-ci yarımbənd əlavə edilsin:
“6.9.4-1. Operator abunəçiyə telekommunikasiya xidmətlərindən əlavə rəqəmsal kontentin və səs əsaslı xidmətlərin alqısı üzrə və xeyriyyə fəaliyyəti çərçivəsində təqdim edilən ödəniş əməliyyatlarının “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilmiş yuxarı məbləğinə dair tələblərə riayət etməlidir.”.