Ermənistan Türkiyə ilə dövlət sərhədini açmağa hər an hazırdır. Bunu Ermənistan parlamentinin vitse-spikeri, ölkənin Ankara ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan deyib. Məlumatı TASS verib.
Onun sözlərinə görə, ölkələr arasında münasibətlərdə dərin tarixi kontekst var: “Ermənistan Türkiyə ilə münasibətlərin tam normallaşmasına və sərhədlərin açılmasına məhz bu anda, bu gün və sabah hazırdır”.
2023-cü ilin oktyabrında İrəvan bağlanmış razılaşmalar çərçivəsində Türkiyə ilə sərhədi açmağa qismən hazır olduğunu bəyan edib. Baş nazir Nikol Paşinyan razılaşmaların üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılmasına aid olduğunu bildirib.
Bir qədər əvvəl Türkiyə və Ermənistan xarici işlər nazirləri Hakan Fidan və Ararat Mirzoyan arasında da telefon danışığı olub və regiondakı vəziyyət, eləcə də gündəlikdəki məsələlər müzakirə edilib.
XQ