Gürcüstanda anım mərasimləri

post-img

Gürcüstandakı “Azərbaycan evi”nin təşəbbüsü ilə Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar bu ölkədəki Azərbaycan icması adından ölkənin Gürcüstanın baş nazirinə, prezidentinə, parlament və Xarici İşlər Nazirliyinə, Ombudsman Aparatına, həmçinin, Gürcüstanda akkreditə olunmuş diplomatik korpuslara – ABŞ-nin, Fransanın və Niderlandın Gürcüstandakı səfirliklərinə, eləcə də BMT-nin və Avropa Şurasının Tbilisidəki ofislərinə, UNİCEF-ə, ATƏT və digər beynəlxalq qurumlara çağırış ünvanlanıb.

“Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov bildirib ki, qə­bul olunan bəyanata Gürcüstan­da fəaliyyət göstərən 50-dən çox qeyri-hökumət təşkilatı və 10 dan çox ictimai-siyasi və din xadimi qo­şulub. Bəyanatın əsas məqsədi 32 il öncə Ermənistan Respublikası tərəfindən Azərbaycanın Xocalı şəhərində xalqımıza qarşı törədilən qətliama soyqırım aktı kimi qiymət verilməsidir. Direktor Azərbaycan xalqının hər zaman bölgədə sülhün və əmin amanlığın tərəfdarı olduğu­nu bildirib. Sənəddə insanlığa qarşı törədilən qətliamlar pislənilir, Ermə­nistan Respublikasının sülhə vadar edilməsi ilə bağlı çağırışlar edilir. 

* * *

Qardabani Təhsil və İnteq­rasiya Mərkəzində ali və orta məktəblərin, rayonun gürcü ic­timaiyyəti nümayəndələrinin iş­tirakı ilə Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Öncə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzin direktoru Çiçək Hü­seynova Ermənistanın apardığı məkrli siyasət, Xocalı soyqırımının ermənilərin tarixən xalqımıza qarşı apardığı etnik təmizləmə və işğal siyasətinin tərkib hissəsi olması haqqında məlumat verib.

Çıxış edənlər Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı, eyni zamanda, əsrlər boyu apardığı azadlıq mübarizəsi tarixində qarşı­laşdığı ən dəhşətli hadisələrdən biri olduğunu deyiblər. Qeyd olunub ki, Vətən müharibəsində işğal altın­da olan torpaqlarımız Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində azadlığa qovuşub, Xo­calı şəhidlərinin qisası alınıb. 

Sonda Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərlərini və Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmasını əks etdirən videoçarx və “İşgəncələr məbədi – Şuşa həb­sxanası” filmi nümayiş etdirilib.

XQ



Son xəbərlər