№ 98 Bakı şəhəri, 23 fevral 2024-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 iyul tarixli 273 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə və 2020-ci il 30 iyul tarixli 274 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 879-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 iyul tarixli 273 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 1003 (Cild I) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3.1.7-ci yarımbəndə “uşaqların” sözündən əvvəl “uşaqlarla bağlı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 116-1.3-cü maddəsinə uyğun olaraq fərdi inkişaf planının hazırlanmasında və icrasında Nazirliyə kömək göstərmək, o cümlədən” sözləri əlavə edilsin;
1.2. 4.8.12-ci yarımbənddən “yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarına və” sözləri çıxarılsın.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 iyul tarixli 274 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 1004 (Cild I) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3.1.7-ci yarımbəndə “uşaqların” sözündən əvvəl “uşaqlarla bağlı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 116-1.3-cü maddə-sinə uyğun olaraq fərdi inkişaf planının hazırlanmasında və icrasında Nazirliyə kömək göstərmək, o cümlədən” sözləri əlavə edilsin;
2.2. 4.8.12-ci yarımbənddən “yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarına, habelə” sözləri çıxarılsın.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri