Möhtərəm cənab Prezident!
2024- cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində seçicilərin böyük əksəriyyətinin -92,12 faizinin Sizə etimad göstərmələri ötən illər ərzində həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir. Sevinir və qürur duyuruq ki, bu parlaq qələbədə “Sabirabad-konserv” Açıq Səhmdar Cəmiyyətinin kollektivinin də payı vardır. Kollektivimizin bütün üzvləri seçkilərdə bir nəfər kimi Sizə səs verməklə öz inam və etimadlarını nümayiş etdirdilər.
Çox hörmətli cənab Prezident!
“Sabirabad-konserv” Açıq Səhmdar Cəmiyyətinin kollektivi sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi - qəlbdən təbrik edir. Sizin müdrikliyiniz və uzaqgörənliyiniz sayəsində bu gün Azərbaycan dünyada QALİB ölkə kimi tanınır. Növbədənkənar seçkilərin Azərbaycanın bütün ərazilərində keçirilməsi hər birimizi qürurlandırdı. İnanırıq ki, Sizin rəhbərliyinizlə ölkəmiz daha da inkişaf edəcək, əhalinin güzəranı getdikcə yaxşılaşacaq və dünya birliyindəki mövqelərimiz ildən-ilə möhkəmlənəcəkdir.
Bu gün Qarabağda yenidənqurma, tikinti- quruculuq və abadlıq işləri geniş vüsət alıb. Sizin həyata keçirdiyiniz uğurlu siyasət sayəsində keçmiş məcburi köçkün soydaşlarımız öz isti ocaqlarına – dədə - baba yurdlarına qayıdırlar. İnanırıq ki, yaxın gələcəkdə Sizin sayənizdə Azərbaycan dünyanın ən inkişaf etmiş dövlətlərindən biri olacaqdır.