Regionda yeni reallıq yaradan Lider

post-img

Möhtərəm cənab Prezident! 

Bu il fevralın 7-də növbədənkənar prezident seçkilərinin son dərəcə azad, demokratik və ədalətli keçirilməsi dünya ic­timaiyyəti tərəfindən də etiraf olunur. Bunu dünyanın müxtəlif ölkələrindən, eləcə də, nüfuzlu beynəlxalq təşkilatlardan Sizə ünvanlanan saysız-hesabsız təbrik məktubları da təsdiqləyir. Seçkilərin Azərbaycanın bütün ərazilərində, o cümlədən iş­ğaldan azad edilmiş torpaqlarımızda da keçirilməsi, Sizin ailə üzvlərinizlə birlikdə Xankəndidəki seçki məntəqəsində səs ver­məyiniz bütün dünyaya bəyan etdi ki, Qarabağ Azərbaycandır!

Çox hörmətli cənab Prezident! Seçkilərdə qazandığınız qələbə bir daha təsdiqlədi ki, Prezident-Xalq birliyini heç bir qü­vvə sarsıda biməz. Bu parlaq Qələbə münasibətilə “FRUCTUS AQROPARK” MMC-nin kollektivi Sizi səmimi-qəlbdən təbrik edir və ümidvar olduğunu bildirir ki, Azərbaycanın gələcək ta­leyi və xalqın həyat tərzinin daha da yaxşılaşdırılması etibarlı əllərdədir.

Möhtərəm Prezident! Seçkilərdə xalqın Sizə inam və etima­dı bir daha özünü açıq şəkildə göstərdi. Hamımıza yaxşı mə­lumdur ki, Azərbaycanın yenilməz Ordusu Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal və təcavüzə, habelə separatizmə son qoydu. Bundan sonra Azər­baycanda, bütövlükdə regionda yeni reallıq yaranmışdır. Sizin düzgün müəyyənləşdirdiyiniz daxili və xarici siyasət Azərbay­canı tarixin ən güclü dövlətinə çevirib. Sizin gərgin zəhmətiniz sayəsində ölkəmiz dünyada söz sahibinə çevrilib. Artıq bütün dünya azərbaycanlıları Azərbaycan vətəndaşı olmaqdan qürur hissi keçirirlər. Biz bu uğurlara Sizin sayənizdə nail olmuşuq. Sizə gələcək işlərinizdə yeni-yeni uğurlar və möhkəm cansağ­lığı arzulayırıq.

Son xəbərlər