Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

post-img

2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə yekun vurulması və Mərkəzi Seçki Komissiyasının seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

Azərbaycan Respublikası Prezidenti­nin 7 dekabr 2023-cü il tarixli 4193 nöm­rəli Sərəncamı ilə növbədənkənar Azər­baycan Respublikası Prezidenti seçkiləri elan edilib, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan son­ra – Mərkəzi Seçki Komissiyası) Azər­baycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 179.2-cimaddəsinə və həmin Sərəncama uyğun olaraq 2023-cü il 8 dekabr tarixli 7/15 say­lı Qərarı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini 2024-cü ilin fevralın 7-nə təyin edib.

Mərkəzi Seçki Komissiyası ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyinin tam bərpa olunduğu bir şəraitdə keçirilən bu ilk seçkilərin yüksək səviyyədə təşkil olunmasına, azad, ədalətli və şəffaf şəkil­də gerçəkləşdirilməsinə xüsusi diqqətlə yanaşıb.

Seçki prosesinin mühüm mərhələləri olan seçicilər siyahısının dəqiqləşdiril­məsi, seçicilər də daxil olmaqla, bütün seçki subyektlərinin maarifləndirilməsi, prezidentliyə namizədlərin irəli sürülməsi və qeydə alınması, bərabər şərtlərə əsas­lanan seçkiqabağı təşviqat imkanlarının yaradılması, müşahidəçilər və media nü­mayəndələrinin fəaliyyəti üçün sərbəst və maneəsiz şəraitin təmin edilməsi, seçki günü səsvermənin təşkili ilə əlaqədar pro­sedurlar və digər seçki hərəkətləri Seçki Məcəlləsinin tələbləri əsas götürülməklə ardıcıl, sistemli və mütəşəkkil qaydada həyata keçirilib.

Seçkilərin hazırlanıb keçirilməsi ilə əlaqədar nəzərdə tutulan bütün tədbirlər qanunvericiliklə müəyyən olunmuş qay­dada, vaxtında və keyfiyyətlə icra edilib, seçicilər və aşağı seçki komissiyalarının üzvləri də daxil olmaqla, müxtəlif statuslu seçki subyektlərini əhatə edən irimiqyas­lı maarifləndirmə layihələri reallaşdırılıb və sözügedən layihələrin icrası zama­nı əlaqədar qurumlarla sıx əməkdaşlıq olunub. Mərkəzi Seçki Komissiyası tərə­findən səsvermədə iştiraka çağırış, seç­ki gününün diqqətə çatdırılması, seçici siyahılarında adın yoxlanılması, əlavə seçicilər siyahısı əsasında səsvermə, qeydiyyatdan çıxma vəsiqəsindən istifa­də və səsvermə proseduru ilə bağlı hazır­lanmış, ümumilikdə 8 video və audio çarx televiziya və radio kanallarında, habelə sosial media platformalarında mütəmadi şəkildə nümayiş etdirilib.

Seçki Məcəlləsi ilə müəyyənləşdiril­miş müddətdə və qaydada seçicilər si­yahısının dəqiqləşdirilməsi istiqamətində təkmil fəaliyyət həyata keçirilib. Seçicilərə öz adlarının siyahıda olub-olmadığını Mərkəzi Seçki Komissiyasının internet səhifəsindəki müvafiq sistem vasitəsilə yoxlamaq, hər hansı yanlışlıqla bağlı qay­nar xətlərlə əlaqə saxlamaq və ya onlayn ərizə forması ilə müraciət etmək imkanı yaradılıb. Həmçinin birgə layihə çərçivə­sində ilk dəfə “ASAN xidmət” mərkəzlə­rindəki müvafiq smart monitorlarda inno­vativ həll təmin olunaraq yeni funksional bölmə əlavə edilib ki, bu da vətəndaşların adlarının seçici siyahılarında yoxlanma­sında və aid olduqları seçki məntəqələrini müəyyənləşdirməsində əlavə mütərəqqi bir vasitəyə çevrilib.

Seçkilərə start verildikdən sonra 17 nəfərin namizədliyinin irəli sürülməsinin təsdiqi üçün müvafiq sənədlər Mərkə­zi Seçki Komissiyasına təqdim edilib və namizədliklərinin irəli sürülməsi təsdiq olunaraq onlara imza vərəqələri verilib. Namizədliyinin irəli sürülməsi təsdiq olu­nanlardan yalnız 7-si imza vərəqələrini və ona əlavə olunmuş sənədləri geri qayta­rıb və onların hamısının namizədliyi qey­də alınıb. Qeydə alınmış namizədlərdən 5-nin namizədliyi siyasi partiyalar tərəfin­dən irəli sürülüb, 2-si isə öz təşəbbüsü ilə seçkilərə qatılıb.

Namizədlərin sənədlərinin yoxlanıl­ması prosesi bütün maraqlı şəxslər üçün şəffaf şəkildə aparılaraq ictimaiyyətə tam açıq həyata keçirilib, siyasi partiyaların, prezidentliyə namizədlərin səlahiyyət­li nümayəndələri, beynəlxalq müşahidə missiyalarının təmsilçiləri və media nü­mayəndələri mütəmadi olaraq bu prosesə dəvət edilib, onlar istənilən vaxt proseslə­ri birbaşa izləmək və sənədlərlə yaxından tanış olmaq imkanına malik olublar.

Qeydə alınmış namizədlərə öz seç­kiqabağı platformalarını sərbəst şəkil­də seçicilərə çatdırmaq üçün mediada hərtərəfli, bərabər şərait və geniş imkan­lar yaradılıb. Mərkəzi Seçki Komissiyası­nın qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkətində qanunvericilikdə nəzərdə tutulandan 2 dəfə artıq – həftəlik 6 saat ödənişsiz efir vaxtı ayrılıb. “Azər­baycan” qəzeti, “Xalq qəzeti”, “Respub­lika” qəzeti və “Bakinski raboçi” qəzetlə­rində qanunvericiliyə uyğun həcmdə və qaydada ödənişsiz dərc üçün yer təmin edilib, 44 media qurumunda isə bərabər şərtlərlə ödənişli təşviqat imkanı yaradılıb. Qeydə alınmış namizədlərin və namizədi qeydə alınmış siyasi partiyaların seçi­cilərlə görüşlərinin keçirilməsi üçün, ilkin mərhələdə, onlar respublikanın şəhər və rayonlarında 125 seçki dairəsi üzrə 139-u açıq, 142-si qapalı olmaqla, ümumilikdə 281 ödənişsiz yerlə təmin edilib. Bunun ardınca isə, daha geniş imkanların yara­dılması məqsədilə, demək olar ki, respub­likanın əksər yaşayış məntəqələrini əhatə edən 4 500-ə yaxın əlavə görüş yeri də ayrılıb. Bütün bu yerlərin ünvanlarına dair məlumatlar Mərkəzi Seçki Komissi­yasının internet səhifəsi də daxil olmaq­la müxtəlif mənbələrdə dərc olunmaqla ictimailəşdirilib. Namizədlər və namizədi qeydə alınmış siyasi partiyalar ödənişsiz və heç bir icazə tələb olunmadan, sadəcə müvafiq dairə seçki komissiyasına məlu­mat verməklə sözügedən yerlərdən isti­fadə edərək seçicilərlə görüşlər keçirirdi. Seçkiqabağı təşviqat subyektləri Mərkəzi Seçki Komissiyası tərəfindən yaradılmış bütün imkanlardan və bərabər şəraitdən azad və sərbəst şəkildə istifadə ediblər.

Seçkilərdə şəffaflığın yüksək səviy­yədə təmin olunmasına xüsusi diqqət yetirilib, respublikanın bütün coğrafiyasını əhatə etməklə, 1 000 seçki məntəqəsində quraşdırılan və yüksək texniki parametr­lərə uyğun olmaqla günün tələblərinə ca­vab verən, yenilənmiş sistem üzərindən daha aydın vizual görüntü təminatına şərait yaradan veb-kameralar vasitəsilə səsvermə prosesini heç bir qeydiyyat tələb olunmadan, əvvəldən axıradək fa­siləsiz olaraq onlayn izləmək imkanı tə­min edilib. Proseslərin müşahidəsinə 72 nüfuzlu beynəlxalq qurumu və 89 ölkəni təmsil edən 790 beynəlxalq müşahidəçi, dünyanın 110 aparıcı xarici media sub­yektinin 217 təmsilçisi, eləcə də Mərkəzi Seçki Komissiyası və dairə seçki komis­siyalarında akkreditasiyadan keçən 90 000-dən artıq yerli müşahidəçi qatılıb. Seçkilərdə öz namizədləri ilə iştirak edən 5 siyasi partiya da daxil olmaqla, 19 siyasi partiyanın və öz təşəbbüsü ilə seçkilərə qatılan namizədlərin ümumilikdə 51 000-dən artıq müşahidəçisi seçkiləri izləyiblər. Bununla yanaşı, seçkilərin müşahidə­sinə qoşulan 7 000-ə yaxın müşahidəçi bütövlükdə 83 qeyri-hökumət təşkilatı, vətəndaş cəmiyyəti institutu və ictimai bir­likləri əhatə edirdi. Biri xarici partnyorları ilə birgə olmaqla, ümumilikdə 3 ixtisas­laşmış təşkilat Mərkəzi Seçki Komissi­yasında qeydə alınaraq səsvermə günü “exit-poll” keçirib. Aparılan müşahidələrə əsasən deyə bilərik ki, on minlərlə müşa­hidəçinin qatıldığı seçkilər onlar tərəfin­dən azad, ədalətli və müasir tələblərə ca­vab verən proses olaraq qiymətləndirilib. 

Seçki marafonuna start verildikdən sonra Mərkəzi Seçki Komissiyasına 1 şi­kayət daxil olub və həmin şikayətlə bağlı operativ qaydada müvafiq tədbir görülüb. Seçicilərin yüksək fəallıq nümayiş etdir­diyi səsvermə günü və seçki prosesində hər hansı qanun pozuntusu ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına digər heç bir şikayət daxil olmayıb. Mərkəzi Seç­ki Komissiyasının qaynar xətlərinə hər zaman olduğu kimi, seçkilərin hazırlan­ması və keçirilməsi dövründə müxtəlif məsələlərlə bağlı müraciət edən vətən­daşların sualları operativ şəkildə cavab­landırılıb və lazımi tədbirlər görülüb. 

Seçki günü saat 08:00-da bütün ölkə üzrə səsvermə başlanıb və 6 319-u da­imi, 218-i müvəqqəti əsaslarla fəaliyyət göstərən 6 537 seçki məntəqəsi sərbəst şəkildə öz iradələrini ifadə etmələri üçün seçicilərin ixtiyarında olub. Gün ərzində 5 dəfə seçici fəallığı barədə məlumatlar Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi üzərindən xüsusi proqram tə­minatı vasitəsilə birbaşa Mərkəzi Seçki Komissiyasına ötürülərək ictimailəşdiri­lib və Komissiyanın internet səhifəsin­də yerləşdirilib. Səsvermə günü seçki məntəqələri bağlandıqdan sonra fasilə­siz olaraq səslərin hesablanması həyata keçirilib, məntəqə seçki komissiyalarının ilkin protokol məlumatları operativ şəkil­də Mərkəzi Seçki Komissiyasının inter­net səhifəsində dərc olunub və bir neçə saat ərzində seçki məntəqələrinin mütləq əksəriyyətindən daxil olmuş məlumatlar əsasında səsvermənin ilkin nəticələri ic­timaiyyətin diqqətinə çatdırılıb.

Seçkilərdə bütün digər seçicilər kimi, həssas təbəqəyə aid seçicilər də diqqət mərkəzində saxlanılıb və Mərkəzi Seçki Komissiyası tərəfindən bu istiqamətdə bir sıra ənənəvi layihələr reallaşdırılıb. Gözdən əlil seçicilər onlar üçün hazırlan­mış və seçki bülletenindəki məlumatların Brayl əlifbası ilə əks olunduğu trafaretdən istifadə etməklə seçki günü öz konstitu­sion hüquqlarını heç kəsin yardımı olma­dan reallaşdırıblar. Hərəkət qabiliyyətində məhdudiyyətlər olan seçicilərin sərbəst şəkildə seçki məntəqələrinə gələrək səs verə bilmələri üçün müvafiq binaların müəyyənləşdirilməsi və onlarda pandus­lar quraşdırılması yolu ilə 2 042 seçki məntəqəsində xüsusilə bu kateqoriyadan olan seçicilər üçün əlverişli vəziyyət yara­dılıb. Mərkəzi Seçki Komissiyasının seçi­ci maarifləndirmə proqramı çərçivəsində bütün videoçarxları alt yazısı ilə hazırla­nıb ki, bu da eşitmə qabiliyyəti məhdud olan seçicilərin maarifləndirilməsində əhəmiyyətli rol oynayıb.

Seçkilərin nəticələrinin rəsmi qayda­da müəyyən edilməsi üçün Seçki Mə­cəlləsində nəzərdə tutulmuş bütün mü­vafiq sənədlər aşağı seçki komissiyaları tərəfindən Mərkəzi Seçki Komissiyasına vaxtında təqdim edilib, dairə seçki ko­missiyalarının səsvermənin nəticələrinə dair protokolları və onlara əlavə edilmiş sənədlər tam, obyektiv və hərtərəfli yox­lanılıb.

Eyni zamanda, səsvermə günü müxtəlif mənbələrdə, o cümlədən onlayn platformalarda olan məlumatlar belə fərq­li alternativ resurslardan, habelə seçki məntəqələrində quraşdırılmış veb-ka­mera görüntülərindən istifadə olunmaqla mümkün qədər geniş və hərtərəfli araş­dırılıb.

Nəticədə 41 saylı Gəncə-Samux-Go­ranboy seçki dairəsinin 38 saylı, 61 saylı Qusar seçki dairəsinin 7 və 27 saylı, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki da­irəsinin 9 saylı, 68 saylı Sabirabad-Şirvan seçki dairəsinin 2 saylı, 77 saylı Lənkə­ran şəhər seçki dairəsinin 7 və 31 saylı, 92 saylı Göyçay-Ağdaş seçki dairəsinin 6 saylı, 99 saylı Bərdə seçki dairəsinin 2 saylı, 114 saylı Şəki şəhər seçki dairəsi­nin 1 saylı və 115 saylı Şəki kənd seçki dairəsinin 6 saylı seçki məntəqələrində seçicilərin iradəsinin müəyyən edilməsinə imkan verməyən qanun pozuntuları aşkar edildiyindən, həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi və məntəqə seçki ko­missiyalarının buraxılması üçün əsaslar müəyyən edilib. 

Ona görə də seçkilərin nəticələri barədə Mərkəzi Seçki Komissiyasının Protokolu göstərilənlər nəzərə alınmaqla və dairə seçki komissiyalarının protokol­larındakı məlumatlar ümumiləşdirilməklə tərtib edilməli, təsdiq edilərək seçkilərə yekun vurulmalı, imzalandıqdan sonra müvafiq sənədlərlə birlikdə Seçki Mə­cəlləsinin 203.1-ci maddəsinə əsasən seçkilərin nəticələrinin təsdiq olunması üçün Azərbaycan Respublikası Konstitu­siyasının 102-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusi­ya Məhkəməsinə təqdim edilməlidir. 

Seçki Məcəlləsinin 203.5-ci maddə­sinə əsasən, prezident seçkilərinin nəti­cələri haqqında protokol imzalandıqdan sonra 24 saat müddətində dərc edilir. 

Mərkəzi Seçki Komissiyası yuxarıda göstərilənləri əsas götürərək Azərbay­can Respublikası Konstitusiyasının 102-ci, Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 23.2-ci, 28.2-ci, 28.4-cü, 203.1-ci – 203.3-cü və 203.5-ci maddələrinə uyğun olaraq qərara alır: 

1. 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublika­sı Prezidenti seçkilərinə yekun vurulması ilə əlaqədar aparılmış araşdırmalar nəti­cəsində 41 saylı Gəncə-Samux-Goran­boy seçki dairəsinin 38 saylı, 61 saylı Qusar seçki dairəsinin 7 və 27 saylı, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki da­irəsinin 9 saylı, 68 saylı Sabirabad-Şirvan seçki dairəsinin 2 saylı, 77 saylı Lənkə­ran şəhər seçki dairəsinin 7 və 31 saylı, 92 saylı Göyçay-Ağdaş seçki dairəsinin 6 saylı, 99 saylı Bərdə seçki dairəsinin 2 saylı, 114 saylı Şəki şəhər seçki da­irəsinin 1 saylı və 115 saylı Şəki kənd seçki dairəsinin 6 saylı seçki məntəqələ­ri üzrə seçicilərin iradəsinin müəyyən olunmasına imkan verməyən qanun po­zuntuları aşkar edildiyindən, həmin seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin. 

2. 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsinin 38 saylı, 61 saylı Qusar seçki dairəsinin 7 və 27 saylı, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairə­sinin 9 saylı, 68 saylı Sabirabad-Şirvan seçki dairəsinin 2 saylı, 77 saylı Lənkə­ran şəhər seçki dairəsinin 7 və 31 saylı, 92 saylı Göyçay-Ağdaş seçki dairəsinin 6 saylı, 99 saylı Bərdə seçki dairəsinin 2 saylı, 114 saylı Şəki şəhər seçki dairəsinin 1 saylı və 115 saylı Şəki kənd seçki dairə­sinin 6 saylı seçki məntəqələri məntəqə seçki komissiyaları buraxılsın.

3. 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respub­likası Prezidenti seçkilərinin nəticələri haqqında Mərkəzi Seçki Komissiyasının protokolu tərtib edilsin. 

4. 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respub­likası Prezidenti seçkilərinin nəticələri haqqında Mərkəzi Seçki Komissiyasının Protokolu təsdiq edilməklə seçkilərə ye­kun vurulsun. 

5. 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respub­likası Prezidenti seçkilərinin nəticələri haqqında Mərkəzi Seçki Komissiyasının Protokolu müvafiq sənədlərlə birlikdə seçkilərin nəticələrinin təsdiq olunması üçün Azərbaycan Respublikasının Kons­titusiya Məhkəməsinə təqdim edilsin. 

6. 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respub­likası Prezidenti seçkilərinin nəticələri haqqında Mərkəzi Seçki Komissiyasının Protokolu imzalandıqdan sonra 24 saat ərzində dərc edilsin (Əlavə edilir).

7. Bu Qərar dərc edildiyi gündən qüv-vəyə minir.

Sədr Məzahir Pənahov 

Katib Arifə Muxtarova 

Katib Mikayıl Rəhimov

Son xəbərlər