113 saylı Qax-Şəki seçki dairəsinin bütün məntəqələri sesvermə gününə hazırdır

post-img

113 saylı Qax-Şəki seçki dairəsinin məntəqə seçki komissiyalarında prezident seçkilərinə hazırlıq işləri mütəşəkkil qaydada başa çatıb. Secki-2024.az saytı xəbər verir ki, dairənin tərkibinə daxil olan 72 seçki məntəqəsinin 59-u Qaxda, 13-ü isə Şəki rayonunda yerləşir.

Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, dairə üzrə 54 min 330 seçici qeydə alınıb. Onlardan 2732 nəfəri bu seçkilərdə ilk dəfə səs verəcək. Seçicilərin 937 nəfəri 80-100 yaş arasındadır. Dairə üzrə qeydə alınan ən yaşlı seçici isə Qax rayonunun Əlibəyli kəndində yerləşən 46 saylı seçki məntəqəsində səs verəcək 98 yaşlı Barixaşvili Vera Kostayevnadır. Bütün seçki məntəqələri lazımi avadanlıqla, rabitə və digər texniki vasitələrlə təmin edilib. Səsvermənin gedişini izləmək üçün 10 seçki məntəqəsində veb-kamera quraşdırılıb. İndiyədək 960 yerli müşahidəçi dairədə qeydiyyatdan keçib, 620 seçiciyə qeydiyyatdançıxma vəsiqəsi verilib.

Dairənin tərkibində olan 1 saylı seçki məntəqəsi şəhər 1 nömrəli tam orta məktəbin binasında yerləşir məntəqə üzrə 935 seçici qeydə alınıb. Onlardan 40 nəfəri bu seçkilərdə ilk dəfə səs verəcək. Ən yaşlı seçici isə 1933-cü il təvəllüdlü Alakulaşvili İsako Nikolayeviçdir.

Dairənin tərkibindəki 9 saylı seçki məntəqəsi Qax şəhərindəki 4 nömrəli tam orta məktəbin binasında yerləşir. Məntəqə üzrə 1210 seçici qeydə alınıb. Onlardan 24 nəfəri seçkilərdə ilk dəfə səs verəcək. Seçicilərin 16 nəfərinin yaşı 80-dən yuxarıdır. Məntəqə üzrə yaşlı və səhhətində problemləri olan seçicilərin də siyahısı çıxarılıb. Müraciət olunarsa, onların evlərinə daşınan seçki qutusu göndəriləcək. Məntəqə üzrə ən yaşlı seçici isə 1935-ci il təvəllüdlü Şahmalıyeva Fətmət Xəlil qızıdır.

Son xəbərlər