Qazaxıstanda hökumət istefaya göndərildi

post-img

Bu barədə “Kazinform” məlumat yayıb. Məlumatda deyilir ki, dövlət başçısı  Kasım-Jomart Tokayev hökuməti tam tərkibdə istefaya göndərib.

Onun imzaladığı sərəncamda qeyd olunur ki, yeni hökumət formalaşdırılana qədər Baş nazir səlahiyyətlərini əvvəlki kabinetdə Baş nazirin birinci müavini postunu tutmuş Roman Sklyar icra edəcək.

Qeyd edək ki, Qazaxıstanın Baş naziri Alixan Smailov 2022-ci il yanvarın 11-dən bu vəzifədə idi.

XQ

 

Dünya