Türkiyəli jurnalist Azərbaycandakı prezident seçkilərindən yazıb

post-img

Türkiyənin “Haber7” portalı Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinin əhəmiyyətindən yazıb. Secki-2024.az saytı xəbər verir ki, məqalənin müəllifi “Haber7”nin yazarı Hasan Öztürkdür.

Öztürk bildirir ki, o, Azərbaycan işğalda olan torpaqlarını azad etdikdən sonra ölkədəki siyasi atmosferin necə dəyişdiyinə şahidlik edib.

“Azad edilən Vətən torpaqları Qarabağda quruculuq, məskunlaşma və məşğulluq sahəsində qızğın iş gedir. Belə bir atmosferdə Azərbaycan prezident seçkilərini bir il önə çəkərək 7 fevralda seçkiyə gedir”- deyə, məqalədə bildirilir.

Son xəbərlər