Gürcüstan Ermənistanın Bakı-Tbilisi-Qarsa qoşulmasına razıdır

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistanın Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu marşrutuna qoşulmasının mümkünlüyünü açıqlayıb. 

Bu barədə Gürcüstan KİV-i məlumat yayıb.

Kobaxidzenin sözlərinə görə, “Gürcüstanın əlaqə funksiyasının inkişafından danışarkən, Ermənistana böyük diqqət yetirilir və biz tranzit funksiyalarının inkişafı da daxil olmaqla, erməni dostlarımızla tərəfdaşlığımızı mümkün qədər dərinləşdirməyə hazırıq”.

Baş nazirin sözlərinə görə, Gürcüstan regionun nəqliyyat və tranzit imkanlarının inkişafında Ermənistanla əməkdaşlığa böyük əhəmiyyət verir.

Bu açıqlama, əsaslı modernləşdirmədən sonra Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılışından sonra verilib. Görülən işlər nəticəsində xəttin yükdaşıma qabiliyyəti ildə 1 milyon tondan 5 milyon tona qədər artırılıb.

P.ƏMİRCANOV
XQ

Dünya