Pianoçumuzun Vyanada dostluq töhfəsi

post-img

Türkiyənin Vyanadaki səfirliyində bu ölkə ilə Avstriya arasında imzalanmış dostluq müqaviləsinin 100-cü ildönü­münə həsr olunmuş mərasim keçirilib.

Bədii hissəni iştirakçılara gənc azərbay­canlı pianoçu, Avstriyanın Anton Brukner adına Konservatoriyasının tələbəsi, beynəlxalq müsa­biqələr laureatı, “Qran- Pri” mükafatçısı Ayan Məmmədli təqdim edib.

İstedadlı soydaşımız konsertdə türk və Av­ropa bəstəkarlarının əsərlərindən ibarət ifaları alqışlarla qarşılanıb.

Sonda Türkiyənin Avstriyadakı səfiri Ozan Ceyhun və xanımı gənc pianoçu Ayan Məm­mədliyə maraqlı musiqi təqdimatına görə təşək­kürlərini bildiriblər.

XQ

Son xəbərlər