Yeni nəslə H.Z.Tağıyev dərsi

post-img

Milli Azərbaycan Tarixi Muzeyində İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Zəhmət ilə gələn zinət. Dərsimiz - Hacı Zeynalab­din” adlı interaktiv dərs keçirilib.

Bu barədə muzeydən məlumat verilib. Hacı Zeynalabdin Tağıyevin ev-muzeyində keçirilən interaktiv dərsdə 8 nömrəli internat məktəbinin şagirdləri iştirak ediblər. Şagirdlər əvvəlcə Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinə ekskursiya ediblər. Sonra onlar üçün intellektual oyun təşkil olunub.

Sonda şagirdlərə hədiyyələr təqdim edilib.

XQ

Son xəbərlər