Cocuq Mərcanlı 3-cü seçkiyə hazırdır

post-img

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd sakinləri hazırda növbədənkənar prezident seçkilərinin ovqatı ilə yaşayırlar. “Böyük Qayıdış” proqramına uyğun olaraq doğma yurd-yuvalarına ilk qayıdanlar məhz bu kəndin sakinləridir. Ona görə də cocuq mərcanlılar ata-baba yurdlarında üçüncü dəfədir ki, seçki keçirəcəklər. 

İlk dəfə 2018- ci ildə keçirilən növbə­dənkənar prezident seçkilərində iştirak ediblər. 24 illik fasilədən sonra kənddə seçki məntəqəsi yaradıldı və ilk dəfə öz doğma torpaqlarında səs verdilər. 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsi­nin 73 saylı seçki məntəqəsi iki il sonra – 2020- ci ildə parlament seçkilərini yük­sək səviyyədə başa vurdu. İndi isə kənd sakinləri növbəti seçkilərə hazırlaşırlar. Fevralın 7- də keçiriləcək növbədənkə­nar prezident seçkiləri cocuq mərcan­lıların doğma kəndlərində keçirəcəkləri 3 -cü seçki olacaq. 

Xatırladaq ki, 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ordumu­zun həyata keçirdiyi və müasir hərb tariximizə azadlıq döyüşü kimi yazılan uğurlu Horadiz əməliyyatı zamanı Füzu­li rayonunun 22 kəndi ilə bərabər Cəb­rayıl rayonunun Cocuq Mərcanlı kəndi də işğaldan azad edilmişdi. 2016-cı ilin aprelində Azərbaycan Ordusu Ermənis­tan işğalçıları qüvvələrinin təxribatına layiqli cavab verməklə tariximizə daha bir şanlı səhifə yazdı. Uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağımız, o cümlədən Lələtəpə yük­səkliyi işğaldan azad olundu. Ordumuz strateji əhəmiyyətli əraziləri nəzarətə götürdü. Nəticədə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində həyat öz axa­rına döndü. 2017-ci ildən başlayaraq sakinlərin öz kəndində yenidən məskun­laşması doğma yurda böyük qayıdışın möhtəşəm başlanğıcı oldu. Bu qayıdış əsl qəhrəmanlıq salnaməsi, torpağa bağlılığın parlaq nümunəsi idi. Cocuq Mərcanlıda ilkin olaraq, 50 mənzil və 100 yerlik məktəb binası tikildi, müvafiq infrastruktur yaradıldı. Sonradan əlavə 100 ev, uşaq bağçası, həkim məntəqəsi, digər zəruri sosial və infrastruktur ob­yektləri tikilib sakinlərin ixtiyarına verildi. İndi Cocuq Mərcanlı kəndi inkişaf etmiş rayon mərkəzinə bənzəyir.

Kənddə yaradılmış 73 saylı məntəqə seçki komissiyasının sədri zamin Hə­ziyevlə söhbətləşirik. O həm də kənd məktəbinin direktorudur. Deyir ki, kənd sakinləri artıq 3-cü seçkiyə hazırlaşır. Uşaqdan-böyüyə hamı xoş əhval-ru­hiyədədir. Prezident seçkiləri mühüm si­yasi əhəmiyyət kəsb edir. Bu seçkilərdə ölkəmizin gələcək taleyinin kimə etibar edilməsini müəyyənləşdirməliyik. Ona görə də son dərəcə diqqətli olmalıyıq. Elə məntəqədə səs verəcək 355 seçi­ci də bu barədə düşünür. Hətta kəndin ən yaşlı sakinlərinindən 2 nəfərin fiziki imkanları seçki məntəqəsinə gəlməyə imkan verməsə də onlar evdə səs verə­cəkləri barədə qabaqcadan bizə məlu­mat veriblər. Komissiya üzvləri onların evlərinə daşınan qutu aparacaq və səs­vermədə iştiraklarını təmin edəcəyik. 

Z.Həziyev dedi ki, seçki məntəqəsi seçicilərin yolunu gözləyir. Məntəqə seç­kiyə tam hazırdır. Seçici siyahıları mü­nasib yerdən asılıb. Səsvermə kabinələ­ri, seçki qutuları, gözlə görünməyən mürəkkəb balonları, ultrabənövşəyi lam­palar, digər ləvazimatlar vaxtında çatdı­rılıb. Komissiya üzvləri MSK tərəfindən təşkil olunmuş treninqlrdə iştirak edib və seçkiyə dair bilik və bacarıqlarını daha da artırlblar. Prezidentliyə namizədlərin təşviqatı üçün yaradılmış dəmir lövhədə hər bir namizədə bərabər səviyyədə yer ayrılıb. Əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də heç bir narazılıq və ya şikayət daxil olmayıb. Əhalinin əhval-ruhiyyəsin­dən də hiss edirik ki, seçki mütəşəkkil keçəcək. 

Esmira Orucova, Cocuq Mərcanlı sakini:

– Artıq 7 -ci ildir ki, doğma kəndimiz­də, el-obamızda yaşayırıq. Bu illərdə çoxlu bayramlar, el şənlikləri keçirmişik. İki dəfə səsvermədə iştirak etmişik. Hər iki seçkini yüksək əhval -ruhiyyədə başa vurmuşuq. Bir həftədən sonra üçüncü seçkini keçirəcəyik. Bu, çox əhəmiy­yətlidir. Çünki Ermənistan üzərində qa­zandığımız tarixi Qələbədən sonra ilk prezident seçkiləridir. Təsadüfi deyil ki, bu seçkiləri haqlı olaraq Zəfər seçkiləri adlandırırlar. Builki seçkilərin əhəmiyyə­ti bir də ondadır ki, Azərbaycanın bütün ərazisində keçiriləcək. Bu, həm Ermə­nistana, həm də onun havadarlarına göz dağıdır. Ötən seçkilərdə olduğu kimi, bu dəfə də azad, ədalətli və demokratik seçki keçirməklə dünyaya daha bir nü­munə nümayiş etdirəcəyik. 

Bağdat Mansırxanov:

– Yaşımın çox olmasına baxmaya­raq, əvvəlki seçkilərdə olduğu kimi, prezident seçkilərində şəxsən iştirak edəcəyəm. Hazırda Azərbaycanın bü­tün ərazisində Azərbaycan Bayrağının dalğalanması hərr bir azərbaycanlını kimi, məni də qürurlandırır. Azərbayca­nın vətəndaşı olmağımla fəxr edirəm. Hazırda keçmiş məcburi köçkünlər bö­yük həvəslə, ruh-yüksəkliyi ilə doğma el-obalarına qayıdırlar. Dövlətimiz həm bizə, həm də onlara hər cür şəraiti olan ev tikib hədiyyə edib. Bəzi rayonların sa­kinləri ilk dəfə olaraq öz yurdlarında səs verəcəklər. Bundan böyük sevinc olar­mı? Kəndimizin bütün seçki hüquq olan sakinləri səsvermədə iştirak edib ən la­yiqli namizədə səs verəcək. 

XQ



Son xəbərlər