ATƏT Missiyası Baş Prokurorluqda

post-img

Dünən Baş prokurorun birinci müavini Elçin Məmmədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının rəhbəri Ouen Mörfinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu il fevralın 7-nə təyin olunmuş növ­bədənkənar prezident seçkilərinin azad və demokratik şəraitdə keçirilməsi, se­çicilərin azad şəkildə öz iradələrini ifadə etməsi məqsədi ilə görülən işlərdən danı­şan Elçin Məmmədov seçki qanunvericili­yinin pozulması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə ətraflı məlumat verib.

Ouen Mörfi ölkəmizdə olduğu müd­dətdə keçirdiyi görüşlərin əhəmiyyətin­dən söz açaraq azad seçki mühitinin və kampaniya ilə əlaqədar şikayətlərə vax­tında hüquqi qiymət verilməsinin önəmi­ni vurğulayıb. Missiya rəhbəri Mərkəzi Seçki Komissiyası ilə yanaşı, prokurorluq orqanlarının da maarifləndirmə sahəsin­dəki əməyini yüksək qiymətləndirib.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi apa­rılıb.

Əliqismət BƏDƏLOV 
XQ

Son xəbərlər